-1 C
Baku
Saturday, December 14, 2024

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan və Ermənistanı danışıqlara başlamağa çağırıb

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa və hərtərəfli danışıqlara başlamağa çağırıblar.

Bu barədə Banker.az xəbər verir ki, “Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının ölkələri, iki qonşu ölkə – Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı davam edən müharibədən dərin narahatlıqlarını ifadə ediblər və hər iki tərəfin ölümü və yaralananları ilə əlaqədar çox təəssüfləndiklərini bildiriblər.

Şuranın baş katibi Naif Falah Mübarək Əl-Həcrəf bildirib ki, Əməkdaşlıq Şurası Azərbaycan və Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli siyasi həll yolu tapmaq üçün atəşi dayandırmağa və hərtərəfli danışıqlara başlamağa çağırır. Bu münaqişə Qafqaz bölgəsindəki təhlükəsizliyi və sabitliyi və beynəlxalq sülhü təhdid edir. BMT Təhlükəsizlik Şurasını atəşkəslə bağlı öhdəliklərini dərhal yerinə yetirməyə və münaqişənin siyasi həllinə nail olmaq, mülki insanların həyatını qorumaq və dünyanın bu həssas bölgəsində təhlükəsizlik və əmin-amanlığı təmin etmək üçün səy göstərməyə çağırıb ”.

Son xəbərlər
Digər xəbərlər