2 C
Baku
Sunday, December 15, 2024

Koronavirus Çinin investisiya sənayesini yenidən qurur

Koronavirus epidemiyasının yayılması, Çinin investisiya sənayesini sarsıtdı: bəzi şirkətlər biznesini yenidən qurur, digərləri yeni imkanlar axtarır. Ötən ildə Çinin ÜDM-un artım tempi cəmi 6,1% təşkil edib.

Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, Vençur kapitalı sənayesi də zərər çəkən sahələrdən biri olub. “PitchBook” şirkətinin verdiyi məlumata görə, son on ildə bu sənaye sahəsi ildə 110,7 milyard dollara qədər artsa da, 2019-cu ildə göstərici 49,4 milyard dollara düşüb.

“Virus neqativin retranslyatoru rolunda çıxış edir”, – deyə “Pegasus Tech Ventures” şirkətinin ortağı Ceff Vu qeyd edir, – “2020-ci il daha çətin olacaq”.

Onun fikrincə, investisiya şirkətləri bütün diqqətini pul axınının dəstəklənməsinə yönəltməlidir.

İnvestorlar koronavirusa görə təxirə salınan görüşlərdən və müqavilələrdən danışırlar ki, bu da “Uxan pnevmoniyasının” Çin iqtisadiyyatına göstərdiyi təsirin kiçik bir hissəsidir. Ölkə xaricində fəaliyyət göstərən şirkətlər epidemiyanın başa çatmasından sonra yenidən işə qayıda biləcəklərinə şübhə edirlər.

“Böhrandan sonra bazar yavaşlayacaq. Və bu, birbaşa investisiyalara təsir göstərəcək”, – deyə Çinin “CEC Asset Management” şirkətinin ortağı Maykl Syu bildirir, – “Çinin birbaşa investisiyalar bazarı çox kiçikdir, amerikan şirkətləri isə ölkəyə gələ bilmirlər”.

Rəsmi məlumatlara görə, Çinin səhmdar şirkətləri cari ildə 600 milyon dollar cəlb ediblər.

Son xəbərlər
Digər xəbərlər