23 C
Baku
Saturday, April 20, 2024

Koronavirus dünyanın ən zəngin insanlarını da “vurdu” – $444 milyard itirdilər

Yeni növ koronavirusun yayılması və bunun da nəticəsində fond bazarlarında vəziyyətin daha da pisləşməsi səbəbindən son bir həftədə dünyanın 500 ən zəngin insanı 444 milyard dollar itirib. Bu barədə “Bloomberg” xəbər verir.

Agentlik bildirir ki, ən böyük zərəri isə Ceff Bezos, Bill Qeyts və Bernar Arno çəkib.  Onlar birlikdə təxminən 30 milyard dollar itiriblər. Lider isə 11,9 milyarddan məhrum olan Bezosdur.

“Tesla”nın rəhbəri İlon Mask da böyük itki ilə üzləşib, belə ki, onun sərvəti 9 milyard dollar azalıb. İtkilər üzrə liderlər siyahısında Vorren Baffet, Mark Zukerberq və Sergey Brinin də adı çəkilir. Oxu.az

Son xəbərlər
Digər xəbərlər