“Koronavirusla bağlı yaradılmış Ehtiyat Fondu açıq şəkildə fəaliyyət göstərir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O bildirib ki, Fonda vəsait köçürən vətəndaşların adları da qeyd olunub: “Bununla bağlı şuranın iclasları da keçirilib. Orada toplanmış vəsait də koronavirusla mübarizəyə həsr edilir. Gələcəkdə də görülən işlərlə bağlı ölkə ictimaiyyətinə əlavə məlumat verilməsi üçün çalışacağıq”.