Yaponiyada birja ticarəti əsas indekslərin düşməsi ilə başlayıb: Nikkei 225 3,84%, Topix isə 4,37% itirib. “Softbank Group” konqlomeratın qiymətli kğızları 7,74% düşüb.
Banker.az “Vesti.ru”ya istinadən xəbər verir ki, oxşar dinamika Asiyanın digər ərazilərində də müşahidə olunur. Cənubi Koreyanın Kospi indeksi 2,44%, Honq Konqun Hang Seng indeksi isə 2,02% itirib. Shanghai Composite 1,17%, Senjen birjasının əsas göstəricisi isə 1,55% enib.
Avstraliyanın ASX 200 indeksi 2,14% artıb.
“Bazarlar üçün ən böyük sual budur: bu günə qədər dünyada tətbiq olunan təşviqlərin, qlobal iqtisadiyyatın gördüyü tədbirlərin COVID-19 virusunun iqtisadi sarsıntısına tab gətirməsinə kömək edə biləcəkmi?”, – deyə “National Australia Bank” ın strateqi Rodriqo Katril CNBC-yə verdiyi müsahibədə bildirib.