2620 respondent arasında aparılan sorğuya əsasən, Bakı və regionlar üzrə sakinlərin koronavirus hadisələrindən sonra normal vaxtlardan çox və yaxud az alış-veriş etməsi müəyyənləşdirilib.
Banker.az xəbər verir ki, bu sorğu “Business İnsight” tərəfindən aparılıb.
Koronavirusun yayılması səbəbi ilə istehlakçı ehtiyaclarının və davranışlarının gündən-günə dəyişməsi istehsalçılar və xüsusilə də marketoloqlar üçün yeni problemlər yaradır.
Araşdırma göstərdi ki, Azərbaycan da bu qlobal tendensiyadan geri qalmır və mövcud vəziyyət Azərbaycan istehlakçısının da vərdişlərinə təsir edir. Belə ki, qrafikdən də göründüyü kimi sorğuya cəlb olunanların (2620 respondent) 21%-i alış-veriş vərdişlərini dəyişdirdiyini və bu günlərdə
daha çox alış-veriş etdiyini etiraf edib.
Bakı və regionlar üzrə analiz etdikdə isə məlum olur ki, məlum hadisələr şəhər əhalisinin, xüsusən də paytaxt sakinlərinin alış-veriş vərdişlərinə daha çox təsir edib.
Belə ki, Bakıda yaşayanların 25%-i «Koronavirus hadisələrindən sonra normal vaxtlardan çox alış-veriş etdiyini» qeyd edibsə (qalan 75% bu suala xeyr cavabı verib), regionlar üzrə bu göstərici cəmi 19%-dir (qalan 81% bu suala Xeyr cavabı verib). Regionlar içərisində Gəncə-Qazax iqtisadi zonasının digər iqtisadi zonalara nisbətdə daha çox təsirləndiyi müşahidə olunur (Bəli 24%; Xeyr 76%).