Koronavirus təhlükəsi Rusiyada sarımsağı bahalaşdırdı

Rusiyada sarımsağın qiyməti kəskin artıb.

Bu barədə yerli mətbuata istinadən xəbər verilir.

Məlumata görə, əgər yanvar ayında Rusiyada 1 kiloqram sarımsağı 230-235 rubla almaq mümkün idisə, hazırda qiymət 260-270 rubl civarındadır. Son 1 ildə isə qonşu ölkədə sarımsaq 30-40% bahalaşıb.

Eksperlər hesab edirlər ki, mövcud vəziyyət sarımsaq qıtlığı ilə bağlı deyil. Çində yayılmış koronavirusun Rusiyaya keçmək təhlükəsi bu məhsula tələbatı kəskin artırıb.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları