15 C
Baku
Friday, March 29, 2024

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Azərbaycanda koronavirusla (COVID-19) əlaqəli distant təhsilə keçən məktəblərin sayı məlum olub.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84-dür:

“Distant təhsilə keçirilmiş məktəblərin sayı dörddür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər