9 C
Baku
Friday, December 13, 2024

Koronavirusa görə bu şəxslərə birdəfəlik ödəmə verilməyəcək – Siyahı

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri müəyyənləşib.

Banker.az xəbər verir ki, Nazirlər Kabinetinin bu gün açıqlanan Qərarına görə, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

2. əmək pensiyaçılarına;

3. aylıq müavinət alanlara;

4. aylıq təqaüd alanlara;

5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

6. işsizlikdən sığorta ödənişi alanlara;

7. peşə hazırlığına görə təqaüd alanlara;

8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

10. əri və ya arvadı bu Qaydanın 1-ci – 8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Son xəbərlər
Digər xəbərlər