8 C
Baku
Thursday, December 12, 2024

Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? – ÜST açıqladı

Epidemiyalara Hazırlıq Sahəsində İnnovasiyalar üzrə Koalisiya (CEPI), Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilən COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən mexanizmdir.

Bu mexanizmə peyvəndlərlə bağlı GAVI ilə işləyən 92 ölkə və fərdi qaydada maliyyə dəstəyi göstərən 80 ölkə daxildir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.

Məlumatda bildirilir ki, COVAX dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir: “COVAX-ın məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır. Bu peyvəndlər paylanarkən ilk öncə tibb işçilərinə üstünlük veriləcək, daha sonra iştirakçı ölkələrin əhalisinin 20%-ni əhatə etməsi üçün genişləndirilərək bütün iştirakçı ölkələrə əhalilərinin nisbətlərinə uyğun bərabər şəkildə çatdırılacaqdır. Bundan sonra isə əlavə dozalar ölkələrdəki ehtiyac, həssaslıq və COVID-19 təhlükəsi nəzərə alınaraq paylanacaqdır. COVAX mexanizmi böyük alovlanmalara qarşı mübarizə daxil olmaqla, fövqəladə hallarda və humanitar məqsədlərlə istifadə üçün də ehtiyat doza saxlayacaq.

Bu təşəbbüsün müvəffəqiyyəti hökumətlərin kifayət qədər maliyyə ayırmasından və peyvənd istehsalçılarının qlobal həll yolunun təqdim edilməsi məqsədilə geniş miqyasda iştirak öhdəliyindən asılı olacaq. COVAX mexanizmi tezliklə 165 ölkə ilə – peyvəndləri öz daxili büdcələri hesabına maliyyələşdirən və əvvəlcədən ödəniş ilə avqustun sonunadək doza almaq öhdəliyi götürən, bununla COVAX mexanizmində iştirakını təmin etmələri tələb olunan ölkələrlə konsultasiya prosesinə başlayacaq. COVAX tərəfdaşları bu günə qədər əhəmiyyətli bir irəliləyiş əldə ediblər. Belə ki, doqquz namizəd peyvənddən yeddisi kliniki sınaqlarda CEPI tərəfindən dəstəklənib”.

Son xəbərlər
Digər xəbərlər