26 C
Baku
Saturday, July 27, 2024

Koronavirusun adı yenidən dəyişdirildi – VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində meydana çıxan və çox sayda insan tələfatına səbəb olan koronavirus epidemiyasına yeni ad verib.

“DW Türkçe”yə istinadən xəbər verilir ki, virus bundan sonra “Covid-19” adlandırılacaq.

Xatırladaq ki, bundan əvvəl Çin Milli Səhiyyə Komitəsi virusa “Yeni koronavirus pnevmaniyası” (NCP) adını verdiyini açıqlamışdı.

Qeyd edək ki, bu günə qədər virusdan ölənlərin sayı 1100-ü ötüb, yoluxan şəxslərin sayı isə 42 mini keçib.

Report

Son xəbərlər
Digər xəbərlər