18 C
Baku
Friday, November 22, 2024

Korparativ müştərilər üçün yeni kredit (zaminsiz)

Törəmə bank olaraq  fəaliyyət göstərən Bank VTB (Azərbaycan) bu yaxınlarda korporativ müştərilərə sərfəli şərtlərlə və  heç bir girov təqdim etmədən 11 000 manatadək nağd kredit təklif etdi.

Həqiqətənmi belə bir məbləğ sərfəli şərtlərlə və girovsuz verilir?

Qeyd etməliyik ki, bu kredit yalnız korporativ müştərilərə verilir. Yəni istənilən korporativ müştəri iş yerindən arayışla və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi 22% olan nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manatdır. Ümumi bank komissiyası isə 1%-dir. Krediti 6 aydan 36 ayadək verilə bilər.

Kreditin əsas şərtləri:

  • Məbləğ: 300- 11 000 AZN
  • Müddət:  3-36 ay
  • İllik faiz : 22%
  • Bank komissiyası: 1%
  • Zaminsiz
  • Girovsuz

Tələb olunan sənədlər:

  • Vaxtı keçməyən şəxsiyyət vəsiqəsi
  • Iş yerindən arayış (əmək haqqı, iş stajı, vəzifəsi qeyd olunmalıdır)
  • Alternativ sənəd ( xarici pasport, doğum haqqında şəhadətnamə və ya sürücülük vəsiqəsi)

İndi isə gəlin bu kredit məhsulunun mənfi və müsbət cəhətlərinə nəzər yetirək.

Müsbət cəhətləri:

Bank müştəriləri əmin edir ki,  bu kredit məhsulu  minimal komissiya və digər xərclərin azaldılması ilə verilir. Yəni müştəriyə həm əlverişli qiymət şərtləri ilə kredit məhsulu təklif olunur, eyni zamanda da   müştəri mövcud olan digər xərclərdən azad olunur. Digər tərəfdən də bu kredit məhsulunu zaminsiz, girovsuz və uzun müddətə əldə edə bilərsiz.  Uzun müddətə, yəni 36 aya verilən bu kredit məhsulunun üstün cəhəti odur ki, sizin aylıq ödənişləriniz az olacaq. Bu da  birbaşa olaraq sizin aylıq xərclərinizin azalmasına gətirib çıxarır. Üstün cəhət kimi onu da vurğulamaq istərdik ki, illik faiz dərəcəsi götürdüyünüz məbləğdən asılı olaraq dəyişmir. Yəni, sizin götürdüyünüz kredit məhsulunun illik faizi  məbləğdən asılı olmayaraq 22%-lə hesablanır.

Mənfi cəhətləri:

Amma belə bir ideal şərtlərə inansaz, banka müraciət edən zaman dərhal imtina cavabı alacaqsınız. Əslində hər şey elə də asan deyil. Yəni, hər bir korporativ müştəri istədiyi məbləğdə kredit götürə bilməz. Çünki kreditin məbləği sizin əmək haqqınızdan asılı olaraq dəyişir. Əgər sizin iş stajınız  çox, əmək haqqınız isə azdırsa sizə böyük bir məbləğdə kredit ayrıla bilməz. Bu da öz növbəsində korporativ müştərilər üçün bir problem yarada bilər. Yəni, adi müştərilərdən fərqli olaraq korporativ müştərilərə daha böyük məbləğdə nağd kredit lazım  olur. Və onlar bu pulu əldə edə bilmədikdə bankla müştəri arasında narazıçılıq yaranır. Əlavə xərclərə gəldikdə isə heç də hər şey deyildiyi kimi deyil. Məsələn, siz 6000 azn bir illik nəğd kreditlə götürmək istəsəz, hər ay banka 562 azn qaytarmalısız. İlin sonunda isə əlavə olaraq 120 azn ödəməlisiz.

Sonda onu da qeyd etmək istərdik ki,  hər hansı bir kredit məhsulu üçün banka müraciət etdiyiniz zaman əvvəl düşünün,  məlumatlanın, daha sonra isə banka müraciət edin.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.