13 C
Baku
Friday, April 19, 2024

Korporativ bankçılıq departamentinə mütəxəssis – DəmirBank

Vəzifə öhdəlikləri:
• Korporativ kredit satışlarının idarə edilməsi;
• Filiallar üzrə korporativ kredit satışlarına nəzarət;
• Filiallarda korporativ kredit satışı potensialının araşdırılması və onun reallaşdırılması ilə bağlı filiallarla birgə işin aparılması;
• Korporativ mütəxəssislərin fəaliyyətinə nəzarət və onların potensialının artırılması.
Namizədə qarşı tələblər:
• Kommersiya, Maliyyə, Biznes İdarəedilməsi sahələri üzrə ali təhsil; (MBA və digər peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir);
• 3 illik maliyyə, kredit, strateji, biznesin inkişafı sahəsində təcrübəyə malik olmaq;
• Təşkilatçılıq bacarıqlarına sahib olmaq;
• Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;
• Satış və müştəri xidməti üzrə bacarıqlara sahib olmaq;
• İngilis və Rus dillərini sərbəst bilən namizədlərə üstünlük verilir;
• Təqdimat bacarıqlarına malik olmaq;
• MS Office proqramlarında (xüsusilə MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ Bankçılıq Departamentinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Son xəbərlər
Digər xəbərlər