Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri şöbəsi
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Borcalanın maliyyə hesabatlarının və ödəmə qabiliyyətinin təhlili
- Maliyyə modellərin hazırlanması va tətbiq olunması, bençmarkinq və proseslərin analizinin aparılması
- Layihənin qiymətləndirilməsi üçün maliyyə modelləşdirilməsi
- Reytinq və skorinq modellərinin təkmilləşdirilməsi və istifadəsi.
- Tarixi maliyyə məlumatların və kredit tarixçəsinin analizi (kredit müraciətləri, BS & IS & CF hesabatları, hüquqi sənədlər və s.)
- Borcalanın məlumatlarını ümumiləşdirilməsi və risklərin obyektiv şəkildə təyin olunması
Namizədin Profili:
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
- Yüksək səviyyədə Microsoft office proqramları bilikləri;
- Korporativ maliyyə və/və ya maliyyə mühasibat biliklərinə sahib olması
- Maliyyə və ya kredit analitiki sahəsində iş təcrübəsi
- Yüksək ünsiyyət bacarıqları
- CFA və ACCA sertifikatlarını keçmiş namizədlərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə -ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri şöbəsi) göstərməyiniz xahiş olunur.