10 C
Baku
Friday, December 13, 2024

Korporativ müştərilər üzrə Məsləhətçi – DəmirBank ASC

“DəmirBank” ASC Korporativ müştərilər üzrə məsləhətçi vəzifəsinə işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın korporativ məhsullarını və kredit məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştərilər qarşısında təmsil etmək;
• Mövcud bazaları təhlil edərək və əlaqə yaradaraq bütün növ korporativ məhsulların (hesablaşma kassa əməliyyatları, inkassasiya, əmək haqqı kartları, korporativ kart, depozitlər, qarantiya və akkreditivlər, kredit, kredit xətti, lizinq və s) satışını təmin etmək;
• Cəlb edilən müştərilərin biznesini təhlil edib onlara ehtiyac duyulan məhsullar haqqında təklif paketi hazırlamaq;
• Cəlb etdiyi korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsinə təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair sahələrə və müştəri seqmentinə uyğun spesifik satış texnikaları formalaşdırılması istiqamətində təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
• Satış sahəsində ən azı 1 il iş təcrübəsi olmalı (bank təcrübəsi olanlara üstünlük verilir);
• Stres altında işləmə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Yüksək satış qabiliyyətinə malik olmalı, biznes sferasını yaxından tanımalı,
• Bakı və rayon filiallarına ezam olunma imkanı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 iyul  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ müştərilər üzrə məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər