23 C
Baku
Friday, April 19, 2024

Korrupsiyaya qarşı Mübarizə İdarəsində yeni təyinat

Baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub. H.Məmmədov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsində çalışıb.

©Report

Son xəbərlər
Digər xəbərlər