6 C
Baku
Monday, January 6, 2025

Kosmetika şirkəti “Gazelli Group”un nizamnamə kapitalı 42 mln. manatı ötdü

Azərbaycanda iri kosmetika şirkəti olan “Gazelli Group” MMC-nin nizamnamə kapitalı 2022-ci ildə ikinci dəfə artırılıb.

Banker.az-ın xəbərinə görə, kosmetika şirkətinin nizamnamə kapitalı 872 min manat, yaxud 2.12% artırılmaqla 42 milyon 032 min manata çatdırılıb.

Bununla da kapitalın həcmi ilin əvvəlindən 24% artırılıb.

“Gazelli Group” MMC 2021-ci ildə üç dəfə kapital artımına edərək, ümumilikdə 41% artırılmaqla 33 milyon 920 min artırılmışdı.

Şirkət 1999-cu ildə Zərifə Həmzəyeva tərəfindən təsis edilib və o həmçinin şirkətin prezidentidir.

Zərifə Həmzəyeva Banker.az-ın “Ən böyük bank səhmdarı” siyahısında ikinci sırada qərarlaşır. O, “Premium Bank” ASC-nin əsas səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər