Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə qərar qəbul edib.
Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərar əsasən, Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi və tərkibi təsdiq edilib.