Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin vasitəçiliyi ilə Kosovo və Serbiya liderləri arasında keçirilən de-eskalasiya ilə bağlı görüşdə heç bir nəticə əldə olunmayıb.
Bu barədə Aİ-nin Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.
“Aİ-nin Ali Nümayəndəsi Cozep Borrellin ev sahibliyi etdiyi Serbiya Prezidenti Aleksandr Vucic və Kosovo Baş naziri Albin Kurtinin iştirakı ilə keçirilən yüksək səviyyəli fövqəladə görüş başa çatıb. Söhbət hər iki liderin eskalasiyanı təcili olaraq aradan qaldırmaq məsuliyyətindən gedirdi. Təəssüf ki, bu gün tərəflər həll yolu barədə razılaşmadılar. Hər iki lider bu gün danışıqların uğursuzluğuna və regionda baş verə biləcək hər hansı eskalasiya və zorakılığa görə tam məsuliyyət daşıyırlar. Biz bu gün prezident Vuçiçin qəbul etdiyi, Baş nazir Kurtinin qəbul etmədiyi bir təklif irəli sürdük. Mən Aİ-yə üzv dövlətləri, xarici işlər nazirlərini və tərəfdaşlarımızı tərəflərin qeyri-konstruktiv davranışı və beynəlxalq hüquqi öhdəliklərinə tam hörmət etməmələri barədə məlumatlandıracağam və bu, xüsusilə Kosovoya aiddir. Bu, çox mənfi siyasi siqnaldır”, Aİ-nin ali nümayəndəsi deyib.