Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsi özünü müstəqil elan etmiş Kosovo Respublikasının Avropa Şurasına daxil olmasının tərəfdarı olub. Qərar aprelin 18-nə təyin edilən plenar müzakirədə təsdiqlənməlidir.
“Parisdə yer alan Siyasi Məsələlər Komitəsi Kosovonu Avropa Şurasına üzv olmağa dəvət etməyi tövsiyə edib”, – mesajda deyilir.
Kosovo Avropa Şurasına üzv olmaq üçün ərizəsini 2022-ci il mayın 11-də təqdim edib. 2023-cü ilin aprelində Avropa Şurasının Nazirlər Komitəsi özünü müstəqil elan etmiş respublikanın müraciətini təsdiqləyərək Parlament Assambleyasına göndərib. Elə həmin ay Avropa İttifaqı Kosovoya vizasız rejim verib. Serbiya Kosovonun Avropa Şurasına üzvlüyünə fəal şəkildə qarşı çıxır. Lakin 2022-ci ilin yazında Serbiya təşkilatı tərk edib. Kosovonun 2008-ci ildə müstəqilliyini elan etməsi Avropa Şurasına üzv ölkələrin üçdə ikisi tərəfindən tanınıb.