4 C
Baku
Friday, March 29, 2024

KPMG işçilərinin maaşını bir gecədə 2 000-4 000 funt sterlinq artırdı

Dünyanın 4 ən böyük maliyyə audit firmasından biri olan KPMG (Böyük Dördlük) İngiltərədəki bütün işçilərinin maaşını bir gecədə 2 000 ilə 4 000 funt sterlinq arasında (4 198 – 8 395 manat) qaldırıb. Firmanın baş icraçı direktoru Jon Holt mayın 5-də işçilərin maaşını artırdıqlarını açıqlayıb və artımlar bir gecədə qüvvəyə minib.

Banker.az xəbər verir ki, Holt bu barədə mayın 6-da LinkedIn-də yazıb.

Holt maaş artımlarının gələcəyi düşünərək edildiyi və daha çox gənc kadrın şirkətə bağlı hiss etmələrini hədəflədiyini bildirib.

KPMG UK bildirib ki, maaş artımı ölkədəki 15 800 KPMG işçisinə fayda verəcək və firmaya 51.7 mln. funt sterlinqə (108.5 mln. manat) başa gələcək.

Financial News-un hesabatına görə, KPMG UK-in bu il ikirəqəmli artım əldə edəcəyi gözlənilir. 6 May tarixli açıqlamaya görə, şirkətin mövcud ticarət rəqəmlərinə baxıldığında, şirkətin balans hesabatları gözləntiləri aşarsa, işçilərin mükafatlarına 100 mln. funt sterlinq ayrılacaq.

Qeyd edək ki, Jon Holt 2021-ci ilin aprelindən etibarən KPMG-nin İngiltərə bölməsinin baş icraçı direktoru vəzifəsini icra edir. O, sələfi Bill Mayklın şirkətdaxili iclaslarda söylədiyi şərhlərə etiraz etdikdən sonra tez istefa vermişdi. Holt, son bir neçə həftə ərzində firmada böyümənin stimullaşdırılmasına yönəlmiş bir sıra təşəbbüsləri elan edib. Financial News-un hesabatına görə, KPMG son illərdə Böyük Dördlük firmalar arasında ən pis maliyyə göstəricilərinə malik şirkət olub. Firma keçən ay ilkin mərhələdə biznes məsləhət bölməsinə sərmayə qoyacağını və keçən həftə İngiltərədəki hüquq firmasının işçilərinin sayını iki dəfə artıracağını açıqlayıb. Holt, KPMG-nin restrukturizasiya və pensiya qolunun satışından əldə edilən vəsaitlə firmanın böyüməsini stimullaşdırmaq üçün 300 mln. funt sterlinq xərcləməyi planlaşdırdığını bildirib.

Həmçinin, KPMG-nin rəqibi olan başqa bir “Böyük Dördlük” firması PwC keçən həftə öz işçilərinə iyun, iyul və avqust aylarında cümə günləri günortadan sonra istirahət edə biləcəklərini açıqlayıb.

 

Son xəbərlər
Digər xəbərlər