Mərkəzləşdirilmiş kriptovalyuta birjası “Kraken” ruslar üçün giriş məhdudiyyətləri tətbiq edib. Şirkət müştərilərə mesajlar göndərməyə başlayıb ki, Avropa İttifaqı (Aİ) sanksiyaları səbəbindən Rusiya hesablarını məhdudlaşdırmaq üçün tədbirlər görməlidir.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
Nəticə etibarilə, ruslar bundan sonra “Kraken” kriptovalyuta birjasının platformasında qeydiyyatdan keçə bilməyəcəklər. Beləliklə, rusların bu birjada qeydiyyatı, eləcə də kripto pul kisələrinin yaradılması mümkün olmayacaq.
Qeyd edək ki, “Kraken” rusiyalılara hesablarından kriptovalyutanı çıxarmağa icazə verəcək. Amma hələ ki, pulun çıxarılması üçün vaxt məhdudiyyəti olub-olmadığı məlum deyil.