15 C
Baku
Tuesday, April 23, 2024

Kral, dama, valet

Hamımızın yaxşı tanıdığı kral, dama və valetlərdən ibarət oyun kartları dəstinin yaranması ilə bağlı maraqlı bir əhvalat mövcuddur. Deyirlər ki, onları 1392-ci ildə fransız kralı VI Dəli Karlın təlxəyi Eakmen Qrinqonner  ixtira edib. Ləqəbindən göründüyü kimi kral ruhi xəstəlikdən əziyyət çəkirdi. Öz cənabını əyləndirmək istəyən təlxək müxtəlif kart oyunları fikirləşib, o cümlədən bizə məlum olan kart dəstini modifikasiya edib.  

Öz cənabına xoş gəlmək istəyən Qrinqonner dörd kral rəsmi çəkir və bəyan edir ki, onlardan hər birinin öz prototipi vardır. Kral Hearts (ürək) – bu Böyük Karl, Kral Pika – çar David, Kral Kərpic – Yuli Sezar və nəhayət Kral  Tref (xaç) – makedoniyalı İsgəndərin prototipləridir.

Təlxək özünü isə Coker adlandırır Bu olduqca maraqlı kart personajıdır – ilk baxışda axmaq təsiri bağışlasa da, əslində hamıdan güclüdür. Axı həyatda da məhz təlxəklər öz maskalarının arxasında və zarafat pərdəsi altında həqiqəti krallara deyə bilirdilər.

Daha sonra kart dəstində valetlər peyda oldu, onların da özünün tarixi və mifik prototipləri var idi. Valet Hearts (ürək) – bu fransalı cəngavər Etyen de Vinol (La Qir təxəllüslü) idi, o Janna Darkın sadiq silahdaşı olmuşdur,  Valet Pika – fransız eposunun qəhrəmanı Ojye Datçanın, valet kərpic – “Roland haqqında nəğmədən” Roland və nəhayət valet  Tref (xaç) – kral Artur haqqındakı əfsanədə Lansellotun prototipləridir.

Maraqlıdır ki, uzun müddət ərzində kart dəstində damalar olmayıb. Yalnız XVI əsrdə oyun kartlarında ilk xanımlar da peyda olmağa başladı. Əlbəttə ki, hər bir gözəl xanımın yenə də həyat prototipi var idi.

Dama Hearts (Ürək) – bibliya əfsanəsinin qəhrəmanı Yudif, Dama Kərpic – İakovun xanımı Paxilin personajlarıdır, maraqlıdır ki, kərpic işarəsi pul rəmzi hesab olunur, amma əfsanəyə əsasən Paxil çox xəsis idi.

Dama Pika isə müdriklik və müharibə tanrısı hesab olunan mifik yunan ilahəsi Afina Palladanın obrazıdır. Dama Xaç isə  Virqiliyanın “Eneida” əsərindən Didonanın prototipi idi. Amma daha sonra o, tovlayıcı Arqiaya çevrilir – bu isə regina, yəni “kraliça” sözünün şəklini dəyişmiş forması deməkdir. Saray rəssamları adətən onu dövrün kraliçalarına uyğun təsvir edirdilər.

fotogh

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər