9 C
Baku
Friday, December 13, 2024

Kraliça II Elizabetin Land Rover avtomobili hərraca çıxarılacaq

Britaniyanın Silverstone hərrac evi Kraliça II Yelizavetanın istifadə etdiyi birinci nəsil Land Rover-i fevral ayında satışa çıxaracaq.

Bu barədə hərrac evinin saytında məlumat verilib.

Hərraca çıxarılan yolsuzluq avtomobili 1953-cü ilin sonlarında istehsal edilib və 1954-cü ildə NXN 1 dövlət nömrə nişanını alıb. Kraliça avtomobilin kral ailəsinin nümayəndələri tərəfindən istifadə edildiyi Balmoral mülkünə göndərilməsini əmr edib.

SUV 1966-cı ilə qədər kral ailəsinin sərəncamında olub, bundan sonra avtomobil indiki sahibinə satılıb. Avtomobil zəhmətlə bərpa edilib, BBC Antiques Roadshow-da nümayiş etdirilib və həmçinin Kraliçanın yubileyi münasibətilə Land Rover Paradına rəhbərlik edib.

Hərracda tarixi avtomobil üçün təxminən 100-150 min funt-sterlinq alınması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər