-1 C
Baku
Saturday, December 14, 2024

“Kred Aqro” BOKT zərərlə işləyir

“Kred Aqro” BOKT MMC 2021-ci ili 1 milyon 439 min manat zərərlə başa vurub. 2020-ci ildə BOKT-un zərəri 1 milyon 416 min manat təşkil edib ki, illik müqayisədə 2% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il BOKT-un faiz gəlirləri 1 milyon 185 min manat (əvvəlki ilə nisbətən 21% az), faiz xərcləri isə 248 min manat (əvvəlki ilə nisbətən 16.5% az) olub.

“Kred Aqro” BOKT-un 2021-ci ildə cəmi aktivləri 7 milyon 622 min manat olub ki, bu da 1 il əvvəllə müqayisədə 33% azdır. Bunun 4 milyon 324 min manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Belə ki, illik müqayisədə BOKT-un kredit portfeli 30% azalıb.

BOKT-un cəmi öhdəlikləri 44% azalaraq 2 milyon 995 min manat, cəmi kapitalı isə 24% azalaraq 4 milyon 627 min manat təşkil edib.

Qeyd edək ki, KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda  Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan  ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.

krd1 krd2

 

Son xəbərlər
Digər xəbərlər