Azərbaycan Mərkəzi Bankı “Kredaqro” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 manat məbləğində cərimə edilmişdir.
Qeyd edək ki, “KredAqro” 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Şirktin təsisçisi Rusiya şirkəti – “AQROMOSTFİNANS”dir.







