9 C
Baku
Thursday, December 12, 2024

Kreditə necə əlavə pul ödəməmək olar: borcalanın uzaqgörənliyi

Düşünülməmiş, ehtiyatsız addım ataraq kreditlərlə asanlıqla səhvə yol vermək olar. Artıq qəliz olan maliyyə məsələnizi kreditlə bağlı yol verdiyiniz səhvlərlə daha da çıxılmaz vəziyyətə gətirməyin.

Banker.az bu məsələdə borcalana kömək edə biləcək bəzi əsas qaydaları təqdim edir:


 Kredit əldə etməklə bağlı son imzanı atmadan əvvəl müqaviləni oxumaq:

Ağıllı borcalanın əsas uzaqgörənliyi – müqaviləni oxumayıbsa və yaxud bütün detalları anlamayıbsa onu imzalamamağıdır. Müqavilənin gücü ondadır ki, o bankı sərt şəkildə məhdudlaşdırır: müqavilədə qeyd edilmədiyi halda bank heç bir cərimə təyin edə, komissiya və peniya tuta bilməz. Müqavilədə qaranlıq və anlaşılmaz nüansların fərqinə vardığınız halda onu imzalamayın. Belə ki, bank daha sonradan anlamadığınız bu nüansları əleyhinizə istifadə edə bilər.

Kredit götürərkən banka təqdim edilən nömrəni dəyişdikdə banka bu haqda məlumat vermək: 

Bank müştərini cərimələr, peniyalar, faizlər, hesaba yatırımlar və çıxarışlar barədə məlumatlandırmalıdır. Bunun üçün banka müştərinin istifadə etdiyi cari telefon nömrəsi və ünvan lazımdır. Telefon nömrənizi, elektron ünvanınızı və yaxud yaşayış ünvanınızı dəyişdikdə bu haqda müştərisi olduğunuz banka məlumat verin. Bank köhnə ünvan və telefon ilə müştərini xəbərdar edə bilmədiyinə görə borcalanların cərimə və peniyalara məruz qaldığı kifayət qədər hadisə baş verib.

Kredit kartına minimal ödənişdən daha çox yatırım etmək: 

Bank hər ay müştərinin ödəniş qabiliyyətinin olduğuna və əlaqədə olmasına zəmanət olaraq minimum ödəniş etməyi təklif edir. Bu ödəniş borcu azaltmır, sadəcə faizi ödəyir.  Ağıllı borcalanlar hər zaman minimal tələb olunan məbləğdən daha artıq ödəyirlər. Ən ağıllı borcalanlarlar isə faizsiz dövrdən istifadə edir və borcu dərhal bağlayır.


Hər zaman dəstəyi götürmək:
Ağıllı borcalan bilir: istənilən anlaşılmaz maliyyə vəziyyətində bank ilə əlaqə yaratmaq lazımdır. Əgər bank zəng edirsə dəstəyi qaldırmaq lazımdır. Müştəri əlaqədə olduqda, bankın zənglərinə cavab verdikdə bankda etibarlı müştəri olaraq qeyd edilir və hər hansı problem yarandığı zaman bank ona güzəştə gedə bilər. Borcalan bank ilə ünsiyyətdən qaçdıqda o problemli borcalanlar bölməsinə verilir.

Son xəbərlər
Digər xəbərlər