23 C
Baku
Saturday, April 20, 2024

Kredit alarkən nələrə mütləq fikir vermək lazımdır

Son zamanlar banklar müxtəlif reklamlarla müştəriləri cəlb etməyə çalışırlar. Bunun üçün çox da reallığa uyğun olmayan aldadıcı reklamları KİV-də və digər yol kənarı tablolarda yerləşdirirlər. Buna nəzər salan sakinlər isə kreditə ehtiyac duyduğu an ilk növbədə həmin banka üz tuturlar və bu elə həmin müştərinin ilk aldanmağına səbəb olur.

Bu reklamlar yaranan zaman kredit işçiləri həmin bankın marketinq şöbəsi tərəfindən təlimatlandırılır ki, müştərilər banka yaxınlaşdıqda müştərilərə hansı vədləri vermək olar və bununla da həmin müştəri bilmədən yenidən həmin bankın toruna düşür və reallığa uyğun olmayan vədlərinə inanaraq ümidlərini gerçəkləşdirmək üçün dərhal bankın təklif etdiyi şərtlərlə kortəbii razılaşır. Lakin sonradan isə anlayır ki, səhv addım atıb. Bunun üçün kredit götürmək lazım gələrsə ilk növbədə nələrə diqqət vermək lazımdır.

1. Bank və ya bank olmayan kredit təşkilatı (BOKT) sizə dediyi faiz ilə krediti rəsmiləşdirəcək yoxsa yox. Yəni sizə hansı faizlə kredit verəcək. İlk əvvəl müştəri banka gələn zaman müştəriyə minimum faizlə maksimum məbləği vəd edirlər, lakin təhlil olunandan sonra kredit götürmə anına gələn zaman tam başqa, yəni vəd edilən illik faizdən yüksək faiz və aşağı məbləğ olur. Bu zaman bankın ilk sözü “siz ilk dəfədir ki, bizim bankın müştərisi olursunuz (və ya ilk dəfədir ki, kredit götürürsünüz), ona görə də biz çox aşağı faizlə böyük məbləğdə kredit verə bilmərik.

2. Sonrakı mərhələdə sizə vəd edilən məbləğə uyğun olaraq kreditin rəsmiləşdirilməsi və təhlili üçün tutulacaq faizi dəqiqləşdirin. Bu ona görə əsas məsələdir ki, əksər bank və BOKT-larda aylara uyğun olaraq faizlər dəyişkəndir. Yəni 12 ayadək olduqda ayrı faiz və 12 aydan 24 ay müddətinə olduqda daha çox komissiya haqqı tutulur əlavə olaraq kreditin rəsmiləşdirilməsi haqqı da alınır. Lakin kredit sifariş olunarkən müştərini itirməmək üçün 12 aya qədər olan komissiya haqqı deyilir və digər xərclər deyilmir. Kredit ayrılandan sonra isə bu nüanslar ortaya çıxır müştəri də çıxılmaz qalaraq ödəməli olur.

3. Digər bir amil isə zaminlərin sayından asılıdır. Yəni reklamın vəd etdiyi məbləğ müqabilində tələb edilən zaminlərin sayı gerçəkliklə uyğun gəlməyə bilər, Bu, ona gör n müştərilərin narahatçılığına səbəb olur ki, etibarlı zamin tapmaq asan deyil və digər tərəfdən isə indi əksər insanların zaminlikdən boyun qaçırır.

4. Kreditdə gecikmə olacağı halda penya və faizlərin dərəcələrini dəqiqləşdirin. Bu ona görə önəmlidir ki, gözlənilməz hallar hər zaman ola bilər ya maddi durumla əlaqədar olaraq yada ödəmə məntəqəsindən xeyli məsafədə uzaq ola bilərsiniz. Bu halda isə 1-2 gündə olsa kreditin ödənişində gecikmə müşahidə olunacaq. Siz bu faizlər və penyalar haqqında məlumatı dəqiq bilməsəniz, gələcəkdə sizinlə bank arasında narazılıq ola bilər. Bu halda isə təbii ki bank sizin imzalı kredit müqavilənizi çıxararaq göstərəcək ki, razılıq verib müqavviləyə imza atmışınız və şərtlərdən xəbərdar olmaq və onlara əməl etmək sizin öhdəliyinizdir.

5. Sizi gələcəkdə bankın təkrar müştərisi kimi hansı güzəşt və endirimlər gözləyir. Yəni əksər bank və BOKT-lar müştəriyə ümid verirlər, lakin onun digər tərəfini demirlər, nəticə etibarı ilə gələcəkdə müştəri heç bir imtiyaz əldə edə bilmir, ya deyirlər vaxtından qabaq kredit bağlanıb, siz təkrar müştəri sayılmırsınız. Tam dövr üçün ödənişlər olmalı idi, ya da tam dövr ödənişlər olduğu halda deyirlər ki, 1gün gecikməniz var. O gecikmə də bayramla əlaqədar olanda söyləyirlər ki, bayramdan əvvəlki gün ödənişi edərdiniz (Əslində belə bir bankda yenidən əməkdaşlığı etməyə dəyməz, əgər bank işsizi bu cür münasibət göstərirsə, deməli onum müştəri təhlilindən yaxşı başı çıxmır. Təsadüfi gecikmə ilə müştəri səhlənkarlığını və ya ödəmə qabiliyyətinin olmamasını fərləqndirmək iqtidarında deyil).

6. Krediti vaxtından əvvəl bağlanmasına icazə var yoxsa yox. Bu ona görə önəmli məsələdir ki, əksər bank və BOKT-larda vaxtından əvvəl krediti bağlamağa icazə vermirlər söyləyirlər ki, 3 ay əvvəl ərizə yazılmalı və ya yerdə qalan faiz ödənişləri ödənilməli yaxud da müəyyən ayların minimum 3 ay sonrakı ayın faizləri ödənilərək kredit bağlanmalıdır. Əksər banklar isə kreditin ilk 6 ayında bağlanmasına yol vermirlər buna səbəb kimi ilk 6 ay ərzində kreditin ümumi kredit dövrü ərzində olan faizlərin yarıdan çoxunun ilk 6 ayda cəmlənməsidir.

Bu nüanslara fikir verdikdən sonra hansı bank və ya BOKT-dan kredit almağınız sizə üstündürsə özünüz qiymətləndirməlisiz. Heç bir bank və ya BOKT-un yalançı vədlərinə aldanmayın, daima müqayisə edin və son anda son qərarınızı verin. Necə deyərlər 100 ölçün 1 biçin.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər