Kapitalkart Kapital Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır. Kapitalkart müştərilərə pulsuz təqdim olunur. Xərclənən məbləğ avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.
Kapitalkart-la Kapital Bankın bankomatlarından nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 yaxud 6 aylıq taksitlə ödəmək mümkündür. Borc ödənildikcə kartın limiti bərpa olunur. Kapitalkart pulsuz olaraq Kapital Bankın SMS-banking xidmətinə də qoşulur.
Kapital Bankın maaş və ya pensiya kartına sahib olan müştərilər Kapitalkart-ı ilkin mərhələdə Bankın Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən filiallarından əldə edə bilərlər. Yaxın zamanlarda isə Kapitalkart-ı Kapital Bankın bütün filiallarından əldə etmək mümkün olacaq. Bundan ötrü müştərinin şəxsiyyət vəsiqəsi ilə Banka müraciət etməsi kifayətdir.