®“PAŞA Həyat” növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun vəfat etməsi ilə nəticələnib.
İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 56 657 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ümumi kredit götürən şəxslər üçün həyat sığortası üzrə 211 648 manat ödəniş həyata keçirilmişdir.