“Middleware” şirkəti yeni olan “cardsharing” texnologiyasını işə salıb – Share.CreditCard. Bu texnologiya istifadəçilərə kredit kartını başqaları ilə bölüşmək imkanını verəcək.
Banker.az xəbər verir ki, xidmətin ilk əməkdaşı “A-Bank” olub, artıq bu bankın müştəriləri “Mastercard” ödəmə sistemi kartlarını digər istifadəçilərlə bölüşə biləcəklər.
Xatırladaq ki, Middleware ABŞ-da ofisə və Ukraynada isə inkişaf mərkəzinə malik olan Alexander Vityaz tərəfindən qurulan Ukrayna-Amerika şirkətidir. Şirkət biznes üçün “Corezoid” əməliyyat sistemini inkişaf etdirir.
“Share.CreditCard” xidməti necə işləyir:
· “A-Bank” ın mobil tətbiqində kredit kartınızı bölüşmək istədiyiniz şəxsi seçin;
· Kredit kartınızı bölüşmək istədiyiniz şəxsin çıxara biləcəyi məbləğin və bu məbləğdən istifadə müddətini qeyd edin;
· “Mastercard” kartınız ilə bölüşün;
· Pul alan şəxs ödənişləri “Google Play” vasitəsilə qeyd edilmiş limitlər çərçivəsində edə bilər;
Şirkətin verdiyi məlumata görə, bu yanaşma lazımsız komissiyalardan qaçmaq imkanını verir. Xidmət məxfiliyə heç bir təhdid yaratmır, çünki alan şəxs cüzdanına kartın məlumatlarını deyil (nömrə, CVV-kod), yalnız tokenini əlavə edir.
Gələcəkdə “Middleware” bu xidmət üçün ayrıca bir tətbiq işə salmağı və rəqəmsal cüzdanların (“Apple Pay”, “Google Pay”) nativ funksiyalara əlavə etməyi planlaşdırır.