7 C
Baku
Thursday, December 12, 2024

Kredit kartları ilə əməliyyatlar ₼1 mlrd.-ı ötüb

Azərbaycanda kredit kartlarının sayının artması ilə onunla əməliyyatların həcmi də böyüyüb.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 7 ayı ərzində kredit kartları ilə 1 milyard 204 milyon manatlıq əməliyyat aparılıb. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 227 milyon manat, yaxud 23% artım deməkdir.

Kredit kartları ilə aparılan əməliyyatların həcmi iyulda 195 milyon manat olmaqla öncəki ayı 4.8% üstələyib. Həmçinin 2021-ci il ərzində aparılan ən böyük əməliyyatdır.

Qeyd edək ki, Azərbaycanda krdit kartlarının sayı 2020-ci ilin 1 avqustunda 985 min olduğu halda, 2021-ci ilin müvafiq dövrünə 1 244 min ədəd olub.

39284y
Son xəbərlər
Digər xəbərlər