12 C
Baku
Wednesday, December 11, 2024

Kredit kartları üzrə əməliyyatlar azalıb – Azərbaycanda

Azərbaycanda bu ilin aprel ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi əvvəlki aya nisbətən 6,7% azalaraq 125 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Beləliklə, apreldə bank kartları ilə aparılan ümumi əməliyyatların 11,3%-i kredit kartları ilə aparılan əməliyyatların payına düşüb. Hesabata əsasən, kartlarla əməliyyatların həcmində kredit kartlarının xüsusi çəkisi əvvəlki ayla müqayisədə 1 faiz bəndi artıb.

Cari il mayın 1-nə dövriyyədə olan kredit kartlarının sayı 647 min təşkil edib ki, bu da dövriyyədəki cəmi kartların 11,7%-i deməkdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər