Taksit sistemi — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemdir. Ölkəmizdə Bank xidmətlərinin, xüsusilə ödəniş kartlarından istifadənin geniş vüsət alması 2000-ci illərin ilk 10 illiyinin sonuna təsadüf edir.

Təsadüfi deyil ki, qonşu Türkiyə Cumhuriyyətində 1999-cu ildən tətbiq edilən taksit  sistemi Azərbaycanda ilk dəfə olaraq 2011-ci ildə Bank of Baku tərəfindən  “Bolkart” layihəsi adı altında müştərilərin xidmətinə təqdim edilib. Sonrakı dövrlərdə isə Azərbaycanın pərakəndə bankçılıq sahəsində aparıcı digər Bankları da taksit imkanları olan kredit kartlarını müştərilərinə təqdim etməyə başladılar.

Hal-hazırda təklif edilən taksit kartlara misal olaraq kifayət qədər geniş populyarlığa və müştəri bazasına malik olan Bolkart, Albalı Plus, Worldcard kimi kartlarla yanaşı, bazara yeni daxil olan və öz imtiyazları ilə müştərilərin marağına səbəb olan Birkart, Smilecard və Paykartı göstərə bilərik.

Banker.az komandası olaraq bu kartların Sizlər üçün maraqlı ola biləcək cəhətlərini araşdırdıq. Aşağıda sizlərə bu kartların ənənəvi imkanları olan taksit və nağdlaşma imkanları ilə yanaşı , xüsusi imtiyazlar olan grace-period (güzəşt müddəti) və cash-back (bonus) imkanları haqqında da məlumatı təqdim edirik.

BankKartın adıMaksimum limitTaksit imkanlarıNağdlaşdırma imkanıGrace period imkanıCash-back/

Bonus imkanları

UnibankAlbalı Plus5000 AZNPartnyor şəbəkəsi çərçivəsində 12 ayadək faizsiz taksitləşdirmə mümkündür.Kart limitinin 100%-i həcmindəAlbalı Plus Standart üzrə – yoxdur

Albalı Plus Gold üzrə – 45 günədək

Partnyor şəbəkəsindən asılı olaraq birdəfəlik alışverişlərə 0.1%-dən 30%-dək “Cash – back” qazanmaq mümkündür.
Bank of BakuBolkartBolkart Gənc:

200 – 3000 AZN

Bolkart Ailə:

200 – 3000 AZN

Bolkart Gold:

3000 – 5000 AZN

Bolkart Diamond:

3000 – 10 000 AZN

Partnyor şəbəkəsi çərçivəsində 12 ayadək faizsiz taksitləşdirmə mümkündür.Kart limitinin 25%-i həcmindəYalnız nağdsız əməliyyatlar üzrə 45 günədək mümkündür.Partnyor şəbəkəsindən asılı olaraq 0.5%-dən 15%-dək “Bolkart BAL” qazanmaq mümkündür. Yalnız nağdsız formada olan istər ölkədaxili istərsə də ölkəxarici bütün əməliyyatlara BAL hesablanır.
Bank RespublikaPaykart300- 5000 AZNPartnyor şəbəkəsi çərçivəsində 12 ayadək (3,6,9,12 ay olmaqla) faizsiz taksitləndirmə mümkündür.Aylıq olaraq mövcud limitin 30%-ni nağdlaşdırmaq mümkündür.YoxdurPaykart vasitəsilə partnyor şəbəkəsində nağdsız şəkildə alış-veriş edərkən, partnyordan asılı olaraq –məbləğin 25%-dək Sizə bonus şəklində“Pay” verilir. Bu “Pay”lar Sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd şəkildə çıxarıla bilməz).
YapıkrediWorld kart300 – 50 000  AZNPartnyor şəbəkəsi çərçivəsində 18 ayadək faizsiz taksitləşdirmə mümkündür.“Classic” növlü kart üzrə – limitin 50%-i

“Gold” növlü kart üzrə – limitin 60%-i

“Platinium” növlü kart üzrə – limitin 100%-i

YoxdurWorldcard ilə etdiyiniz bütün alış-verişlərdə bal qazanırısınız və ballarınızla World Üzv Ticarət Obyektlərində istədiyiniz kimi alış-veriş edə bilərsiniz.
Kapital BankBirkart10 000 AZNPartnyor şəbəkəsi çərçivəsində 18 ayadək (2-12 ay və 18 ay) faizsiz taksitləndirmə mümkündürKart limitinin 100%-i həcmindəYalnız nağdsız əməliyyatlar üzrə 40 günədək mümkündürBirkart (adi) üzrə – yoxdur

Birkart “Cash Back”üzrə –

1,5%-dən -10%-dək

ExpressbankSmilecard500- 5000 AZNKartdan istifadə olan  məbləğin üzərinə  kartın növündən asılı olaraq  6% və ya 12% komissiya əlavə edilir və borc müvafiq olaraq  6 aya və ya 12 aya bölünür.kredit limitinin məbləği 500 AZN və ona qədər olduqda 150 AZN, 501 AZN və yuxarı olduqda 250 AZNYoxdurExpressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən Expresso kartı ilə müştərilər ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən xərclədikləri məbləğin 20%-dək hissəsini kartlarına geri – “Cash back” alırlar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları