26 C
Baku
Friday, April 19, 2024

MBA: Fərdi görüşlərin zəruriliyi ilə bağlı 5 səbəb

Ən nüfuzlu biznes məktəblərinin nümayəndələri 19 fevral tarixində Bakı şəhərində keçiriləcək fərdi görüşlərdə yüksək səviyyəli rəhbərlərlə bir araya gəlir.

Son illərdə biznes idarəçiliyi üzrə magistr (MBA) dərəcəsi yalnız biznes sektorunda deyil, həmçinin idman və aviasiya kimi fərqli sahələrdə də yüksək qiymətləndirilir. Elə buna görə də, MBA dərəcəsi idarəetmə sahəsində öz karyera imkanlarını genişləndirmək və ya fərqli sahədə fəaliyyət göstərmək istəyən iş adamları üçün mühüm nailiyyət hesab olunur.

Dünyanın istənilən nöqtəsində təhsil almaqla bağlı çoxsaylı imkanlar mövcud olduğu üçün bu sahədə rəqabət mütləq nəzərə alınmalıdır. Ən nüfuzlu MBA proqramları fərqli tələbə kollektivi və güclü məzun şəbəkəsi formalaşdırmaq üçün perspektivli və bacarıqlı namizədlər axtarışındadır. Ərizəçilər müraciət prosesinin əvvəlindən sonuna qədər öz vaxtlarını və səylərini sərf etməyə hazır olmalıdırlar.

Məhz bu səbəbdən fərdi görüşlər mühüm əhəmiyyət kəsb edir.

  1. MBA fərdi öhdəlikdir

MBA dərəcəsi karyera, həyat tərzi və gələcək inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. MBA namizədləri ilə bağlı qiymətləndirmə zamanı şəxsi keyfiyyət və məktəbin yanaşması vacib faktorlar hesab olunur. Müxtəlif məktəblərin nümayəndələri ilə şəxsən müzakirələr aparmaqla MBA proqramlarından hansının müəyyən bir şəxsin tələblərinə uyğun olduğunu asanlıqla müəyyən etmək mümkündür.  

  1. Biznes məktəbləri ilə işgüzar xarakterli görüşlər

MBA üçün müraciət edən şəxslər MBA proqramlarının nümayəndələri ilə şəxsən görüşməklə öz işgüzar məqsədlərini müzakirə etmək imkanı əldə edirlər. Nəticədə onlar öz şəxsi və işgüzar məqsədlərinə çatmaq üçün hansı məktəblərin daha uyğun olduqlarını müəyyən edirlər. MBA görüşləri, həmçinin namizədlərə proqrama qəbul sahəsində mövcud olan rəqabətlə bağlı məlumata sahib olmaq imkanı yaradır.

  1.  20 konstruktiv dəqiqə

Access MBA üzrə fərdi görüşlər ixtisaslı şəxslərə onların təcrübələri və gözləntiləri tam şəkildə nəzərə alınaraq seçilmiş məktəblərin nümayəndələri ilə görüşmək imkanı yaradacaq. Belə ki, məktəb nümayəndələri ilə MBA üzrə namizədlər artıq bir-biri ilə tanış olurlar və hər bir 20 dəqiqəlik görüşdə ən əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.

  1. MBA proqramına qəbulla bağlı üstünlük əldə etmək

Fərdi MBA tədbirinin iştirakçıları onları maraqlandıran sualları verərək və özlərinin ən üstün təqdimat bacarıqlarını nümayiş etdirərək  proqrama qəbul olmaq üçün yaranan imkanlarla tanış olacaqlar. Fevralın 19-u Baku Access MBA sərgisində iştirak edəcək ən nüfuzlu və iddialı biznes məktəbləri aşağıdakılardır: ESADE, Vienna University of Economics and Business, Hult International Business School, York University, University of Tampa.

  1. Real zamanda peşəkar üstünlük  

MBA dərəcəsi əldə etmək unikal imkandır və MBA proqramına qəbul olmaq üçün müraciət edən şəxslər ekspertlərin rəyi ilə tanış olurlar. Biznes məktəblərinin nümayəndələri ilə görüşdən əvvəl, sonra və görüşlər arasındakı müddətdə iştirakçılar biznes təhsilinə uğurlu sərmayə yatırmaq üçün heç bir ödəniş etmədən MBA proqramı seçiminin, GMAT hazırlığının, maliyyələşdirmə imkanlarının və MBA üçün müraciət strategiyalarının bütün aspektlərini əhatə edən MBA konsultasiyasına qatıla bilərlər.

MBA dərəcəsi nə üçün nəzərə alınmalıdır?

  • MBA təhsili almaq yalnız önəmli işgüzar bacarıqlara yiyələnməkdə deyil, həmçinin bu sektorun peşəkarları ilə şəbəkə formalaşdırmaqda kömək edə bilər.  
  • Asiya-Sakit Okean regionunda, Avropada, Latın Amerikasında və Birləşmiş Ştatlarda fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyəti 2016-cı illə müqayisədə 2017-ci ildə MBA dərəcəsinə malik şəxslərlə əməkdaşlıq etməyə daha çox üstünlük verirlər. ABŞ-da qeydiyyatdan keçmiş şirkətlər MBA təhsili alan məzunlara 2017-ci ildə orta hesabla 110,000 USD-dən başlayan əməkhaqqı təklif etməklə onları işə götürməyi planlaşdırırlar. Bu məbləğ 2016-cı ildə 105,000 USD təşkil edirdi. (GMAC Korporativ İşə Qəbul üzrə İcmal Hesabat, 2017-ci il)
  • İcmal hesabatın hazırlanması üçün sorğuda iştirak edən və biznes məktəbləri ilə birbaşa əməkdaşlıq edən şirkətlərin səksən altı faizi 2017-ci ildə yeni MBA məzunlarını işə götürməyi planlaşdırırlar. (GMAC Korporativ İşə Qəbul üzrə İcmal Hesabat, 2017-ci il)
  • İmmiqrasiya və iş vizası proqramlarının şərtləri ilə bağlı siyasi qeyri-müəyyənliyə baxmayaraq Asiya-Sakit Okean regionunda, Avropada, Latın Amerikasında və Birləşmiş Ştatlarda fəaliyyət göstərən şirkətlər beynəlxalq biznes məktəbi məzunlarını işə götürmək ilə bağlı planlarını həyata keçirməyə davam edirlər. (GMAC Korporativ İşə Qəbul üzrə İcmal Hesabat, 2017-ci il)

Ən nüfuzlu biznes məktəblərinin MBA proqramına qəbul üzrə direktorları ilə fərdi görüşlər

Bazar ertəsi, 19 fevral 2018-ci il

Hyatt Regency Baku, İzmir küçəsi 1033

16:30 – 22:00

Qeydiyyat: https://www.accessmba.com/link/qN  –da heç bir ödəniş etmədən onlayn qeydiyyatdan keçə bilərsiniz. MBA tədbirindən ən azı 10 gün öncə qeydiyyatdan keçməklə tədbirdə sizin məqsədlərinizə ən uyğun olan biznes məktəbini müəyyən etmək üçün profilin qiymətləndirilməsi və fərdi konsultasiya imkanlarından faydalanacaqsınız.

Son xəbərlər
Digər xəbərlər