17 C
Baku
Saturday, May 18, 2024

Kredit kartlarından düzgün istifadə qaydası

Çox zaman kredit kartlarından istifadə borclananın onu əldə edərkən təsəvvür etdiyindən daha baha başa gəlir. Bu isə bankların kredit müqaviləsində kredit kartından istifadə qaydası ilə bağlı bir sıra mühüm şərtləri kiçik şriftlə qeyd etməsi və yaxud borclananın hədsiz diqqətsizliyi səbəbindən baş verir. 

Bəs kredit kartı əldə edərkən hansı cəhətlərə diqqət yetirmək lazımdır?

Kartdan istifadəyə görə komissiya haqqı:

Borcalandan kredit kartından istifadə etməsinə görə komissiya haqqı tutulur. Bu komissiya illik və yaxud aylıq ola bilər. Komissiya haqqı aylıq olaraq ödəndikdə bir çox kart sahibləri onu ödəyəcəkləri məbləğə əlavə etməyi unduur və nəticədə gecikmə əldə edərək daha sonradan cərimə ödəməli olurlar.

Qaydalara əsasən (banklardan asılı olaraq) kart sahibi müəyyən müddət kartdan istifadə etmədikdə aylıq komissiya toplanır və ödəməməyə görə cərimə təyin edilir.

Bankomatdan kart vasitəsilə nağdlaşdırma etdikdə:

Bəzi bankomatlar kart vasitəsilə bankomatdan pul nağdlaşdırmaq məsələsinə çox ciddi yanaşırlar və uyğun olmayan bankomat olduqda borcalanı dərhal cərimə edirlər. Bu cərimələrdən qaçmaq üçün mümkün qədər müştərisi olduğunuz bankomatlara müraciət etməyiniz məqsədəuyğundur.

Müqaviləni diqqətlə oxuyun:

Tənbəllik etməyin, kredit kartı əldə edərkən müqavilənin şərtlərini diqqətlə oxuyun. Başa düşmədiyiniz cəhətləri bank işçisindən soruşmağı və sizə qaranlıq qalan məqamı aydınlaşdırmasını tləb etməkdən çəkinməyin. Əks halda kartdan istifadə etdiyiniz məbləğlə yanaşı, istifadəyə görə komissiya haqqı və nağdlaşdırmaya görə cərimələr ödəməyə məhkum olacaqsınız.

Son xəbərlər
 ⁠
Digər xəbərlər