-1 C
Baku
Sunday, December 15, 2024

Kredit Meneceri – Salyan (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

  1. İdarəetmə sahəsində
  • Bütün müvafiq məlumatları nəzərdən keçirdikdən sonra fərdi kredit ərizələri üzrə Kredit Komitəsinə uyğun yazılı rəy vermək;
  • Tələb olunan hesabatları hazırlamaq;
  • Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq;
  • Meneceri tərəfindən tələb olunanda yığıncaqlarda iştirak etmək;
  • Kredit komitələrinə rəhbərlik etmək;
  • Qızıl qəbulu prosesində iştirak etmək və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək;
  • Tabeçiliyində olan heyəti idarə etmək;
  • Tabeçiliyində olan bütün  kredit mütəxəssislərinin müştərilərinə vizitlər etmək;
  • Kredit almış müştərilərin biznesinə və ya evlərində monitorinqlər aparmaq;
  • Ehtiyac olduqda Filialın menecerini əvəz etmək;
  • İşçilərin İllik qiymətləndirmə prosesində iştirak;
  • Müştəri  və portfelin kəmiyyətini və keyfiyyətini hədəfə uyğun təmin etmək.
  1. Nəzarət sahəsində
  • Tabeçiliyində olan işçilərin monitorinq planını birlikdə tərtib etmək və planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Qaytarılmayan kreditlər üçün şəxsi məsuliyyət daşımaq və yığım üçün bütün mümkün məsələləri Filial meneceri və Kredit mütəxəssisləri ilə birgə işləyərək həll etmək;
  • Hər hansı bir potensial problem barəsində menecerinə vaxtında məlumat verir, lazımi tədbirlərin görülməsi üçün yarana biləcək istənilən problem barəsində xəbərdarlıq etmək;
  • Vaxtında vizitlər təşkil etmək və kreditin təsdiqinin icrasına nəzarət və dolayı qiymətləndirmək;
  • Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək;
  • Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını təsdiqləmək;
  • Yeni kredit məhsullarının inkişafına uyğun təyin olunan bazar ərazilərində yeni məlumatı toplanmaq, yığmaq və qiymətləndirmək;
  • Vaxtı-vaxtında ödənişlərin təmin edilməsi üçün mütəmadi olaraq müştəriyə baş çəkərək, müştərilərin biznes inkişafını nəzarətdə saxlamaq və müştərilərin davamlı ehtiyacları üçün biznes məsləhəti və dəstəyini həyata keçirmək;
  • Gözlənilə bilən risklərin aradan qaldırılması, qarşısının alınması yollarını müzakirəyə çıxarmaq və həllinə nail olmaq.
  1. Təşkilatçılıq sahəsində
  • İnformasiyanın yayılması yolu ilə, bazarlara vizit etməklə potensial müştəriləri axtarmaq və müəyyən etmək;
  • Potensial müştəriləri aktiv olaraq kredit götürmə ərizələrini doldurmağa cəlb etmək və onları kredit götürmə prosesi barədə məlumatlandırmaq;
  • Qrupların formalaşmasına yardım etmək;
  • Filialın prosedur qaydalarına əsasən müştərilərin ərizə ilə müraciətini təmin etmək;
  • Müştərinin ödəniş qabiliyyətinə uyğun kredit məhsulu barədə müştərilərə məlumat verərək izah etmək;
  • Hərtərəfli kredit və biznes analizini təhlil etmək;
  • Müştərilərə kreditdən uyğun istifadəni təmin etməyi öyrətmək;
  • Biznes Planın inkişaf etdirilməsində müştərilərə yardım etmək;
  • Kreditin təsdiqi və paylanması üçün lazımi sənədləri hazırlamaq;
  • Vaxtlı-vaxtında ödənişin edilməsinin və ümumiyyətlə ödəniş cədvəlinin əhəmiyyətinin müştəri tərəfindən tam başa düşülməsini təmin etməklə müştərilərə kredit müqaviləsinin bütün şərtlərini izah etmək.
  1. Əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində
  • Təhlükəsizlik texnikası haqda, mövcud avadanlıqlardan istifadə barədə təlimatlara əməl etmək;
  • İş prosesində xəsarət və peşə xəstəliklərinin yaranma halları olduqda , bu barədə rəhbərinə dərhal məlumat vermək və  həmin halların aradan qaldırılması üçün profilaktik tədbirlərdən  istifadə etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərinə riayət etmək;
  • Binanın, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə əməl etmək;
  • İş yerində sanitariya-gigiyena şəraitinin normativlərə əməl etmək;
  • Sanitariya-məişət və müalicə-profilaktik xidmətlərdən istifadə, sığortalanmaya əməl etmək və sığorta xidmətlərindən istifadə barədə təlimatlanmaq və təlimata uyğun hərəkət etmək;
  • Optimal əmək və istirahət rejiminə riayət etmək.

TƏLƏBLƏR:

  • İqtisadiyyat, idarəetmə və biznes  və ya maliyyə-kredit  sahəsində ali  təhsil;
  • Müvafiq sahədə ən azı 2 il təcrübəyə malik olmaq;
  • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək;
  • Fərdi və komanda şəklində işləmək;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
  • İngilis dilindən müəyyən səviyyədə biliklərə malik olmaq;
  • Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək;
  • Sürücülük bacarığı.

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini və maraqlarını ifadə edən müraciətlərini 05 noyabr 2014-cü il tarixinədək AzərKredit-in Salyan filialının ofisinə təqdim etsinlər və ya aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləməklə əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Salyan filialına Kredit Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

E-ünvan: [email protected]

Faks: (+994 12) 597 30 39

Son xəbərlər
Digər xəbərlər