6 C
Baku
Saturday, December 14, 2024

Kredit müqavilələri Mülki Məcəllənin normaları ilə tənzimlənəcək

“Artıq kredit müqavilələri Mülki Məcəllənin normaları ilə tənzimlənəcək”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deyib.

O bildirib ki, vətəndaşların, istehlakçıların hüquqları Mülki Məcəllə çərçivəsində qorunacaq.

Komitə sədri Əli Hüseynli bildirib ki, faktiki olaraq kredit verən hər zaman üstünlük əldə edirdi: “Bununla bağlı bir çox məhkəmə işləri də var. Mülki Məcəlləyə bu cür normaların gəlməsi vətəndaşların və istehlakçıların hüquqlarının müdafiəsi baxımından çox mühümdür. Bütün dünyada bu cür münasibətlər müqavilə ilə tənzimlənir”.

Son xəbərlər
Digər xəbərlər