Bir çox kredit əldə edən şəxslər kredit götürərkən aldadıqlarından şikayətlənirlər. Lakin bu şikayətlər heç nə ilə əsaslandırılmır. Bank müştərinin hər bir şikayətinə cavab verərək bildirir ki, hər şey müqavilədə öz əksini tapıb və heç kim onları aldatmaq niyyətində olmayıb. Əslində burada həqiqətən də yalan yoxdur, lakin banklar burada xüsusi hiylələrdən istifadə edir. Müştərilərin diqqətsizliyi və müqaviləni dəqiqliklə incəliyinə kimi oxumaması bu hiylələri həyata keçirməkdə banklara kömək olur.
Kredit müqaviləsi imzalayan vaxt müştəri faiz dərəcəsi və illik ödəniş məbləği barədə soruşur və digər parametrlər çoxlarını maraqlandırmır. Lakin ümumiyyətlə oxunmayan şərtlər daha çox əhəmiyyətə malikdir. Nəticədə də müştərilər aldadıldıqlarından şikayətlənsələr də bunda günahkar özləri olurlar.
Həqiqətən, müqaviləni bütünlüklə çox az faiz insan oxuyur və yalnızca konkret faiz dərəcəsinin, müddətin, məbləğin olduğu bəndləri oxumaqla kifayətlənirlər.
Lakin son zamanlar elə müştərilər var ki, suallar verməkdən utanmır və müqaviləni sona qədər bütünlüklə oxumağa zaman xərcləyirlər. Qaydalara əsasən, onlar elə müştərilərdir ki, əvvəllər kredit götürdükləri zaman uğursuz təcrübə əldə ediblər. İlk dəfə kredit əldə edən şəxslər isə təcrübə azlığından və bu haqda kifayət qədər məlumatın olmaması səbəbindən ayrı-ayrılıqda bəndləri daha yaxşı başa düşmək üçün vacib suallar verə bilmirlər.
Kredit əldə etmək təcrübəsi olan, lakin uğursuz təcrübə qazanmamış müştərilər də müqavilənin şərtlərində diqqətsizlik edə bilərlər. Hər kəs səhvlər edə-edə öyrənir. Lakin elə müştərilərdə var ki, öz səhvlərindən nəticə çıxarmırlar. Bunlar adətən ekspress-kredit (sürətli kredit) götürən şəxslərdir. Belə şəxslər kreditin sadə və tez bir şəkildə verilməsinə görə artıq pul ödəməyə hazırdırlar. Buna baxmayaraq onlar artıq xərc çəkmək istəmirlər.
Nəticədə də onların artıq olaraq ödəməli olduqları məbləğ onların düşündüklərindən dəfələrlə çox olur.
Bəzən müqaviləni sona qədər oxuyan müştərilərdə suallar vermək üçün kifayət qədər bacarıq olmur. Bir çox müştəri yalnızca ödəniləcək məbləğin miqdarı, ödəniş etmə qaydaları və vasitələri, girovun ləğv edilməsi şərtləri və s. barədə suallar verirlər. Bunlar vacib parametrlərdir, lakin hələ bunlar son deyil. İnsanların çox az faizi cərimələr, peniyalar və onların hesablanması qaydaları barədə suallar verir.