7 C
Baku
Thursday, December 12, 2024

Kredit qoyuluşunun azalmasında özəl bankların təsiri daha çoxdur

Artıq bir neçə müddət idi ki, Azərbaycanda kredit qoyuluşunda ciddi artımlar müşahidə olunurdu. Lakin ölkədə baş vermiş devalvasiyadan sonra bankların böyük bir hissəsi kreditləşməni dayandırmalı oldu. Bu səbəbdən də son iki ay ərzində ölkədə kredit qoyuluşu azalıb.

Son statistika göstərir ki, bu gün ölkədə kredit qoyuluşu 20 595,5  mln manat təşkil edir. Bu göstərici ötən ay ilə müqayisədə 36.8 mln manat azdır. Kredit qoyuluşunda ən çox azalma özəl bankların payına düşür. Belə ki, ötən ay ilə müqayisədə özəl banklar tərəfindən qoyulan kreditlər 41.1mln manat azalıb. Ümumilikdə isə, özəl banklar tərəfindən verilən kreditlər ümumi kredit qoyuluşunun 61.1%-ni təşkil edir.

İlin əvvəlində özəl banklar tərəfində qoyulan kreditlərin necə dəyişməsi aşağıdakı cədvəldə qeyd olunub.

55

Özəl banklarla yanaşı dövlət bankları tərəfindən qoyulan kreditlərdə də azalma müşahidə olunub. Belə ki,  dövlət banklar tərəfində verilən kreditlər azalaraq, ümumi kredit qoyuluşunun 36%-i təşkil edib. Hazırda dövlət bankları tərəfindən verilən kreditlər bir ay ərzində 26.8 mln manat azalaraq 7414,0 mln manata düşüb.

Aşağıdakı cədvəldə ilin əvvəlində dövlət bankları tərəfində qoyulan kreditlərin necə dəyişməsi ilə tanış ola bilərsiniz.

6

Son xəbərlər
Digər xəbərlər