12 C
Baku
Wednesday, December 11, 2024

“Kredit Servis” BOKT-un ötən il mənfəəti azalıb

“Kredit Servis” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 50.4 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 69.5 min manat olub ki, bu da illik müqayisədə 27.5% azalıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kredit Servis”in əməliyyat gəlirləri 295.9 min manat (əvvəlki ilə nisbtən 17% az),  mənfəət vergisi ödəmələri isə 12.8 min manat (27% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredit Servis”in aktivləri 1 milyon 448 min manat olub ki, bu da illik müqayisədə 5.4% azdır.

Hesabat dövründə “Kredit Servis”in öhdəlikləri 160 min manatdan 97 min manata çatıb, cəmi kapitalı isə 1 milyon 370 min manatdan 1 milyon 351 min manata düşüb.

Xatırladaq ki, “Kredit Servis” 2011-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1 milyon 283 min manatdır.

Son xəbərlər
Digər xəbərlər