6 C
Baku
Monday, December 16, 2024

Kredit təşkilatı təcrübəçi axtarır

AzərKredit universitet tələbələrinə təşkilatın Hüquq departamentində təcrübə keçmə imkanı təklif edir.

Təcrübə keçmə imkanı AzərKreditin aşağıda göstərilən filiallarında mövcuddur:

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Tərtər, Tovuz, Şəmkir, Saatlı, Biləsuvar, Cəlilabad, Göyçay, Şabran


Bakı,Şabran,Sumqayıt,Biləsu


Tələblər:

  • Ali, natamam ali və ya orta ixtisas təhsil alan (əyani/qiyabi) və ya təhsilini bitirmiş (ixtisası önəmli deyil) şəxslər;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • İşgüzar və praktiklik kimi qabiliyyətlərə malik;
  • Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

 

Təcrübəçilər aşağıda təsvir olunmuş məsələlərlə məşğul olacaq:

  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Bank hüququ və Bank maliyyəsi məsələri ilə yaxından işləmək və öyrənmək;
  • Müştəri bazası ilə işləmək qabiliyyətinin artırılması və s.

 

Təcrübə keçmə proqramı üç ay müddətinə davam edəcəkdir.

Təcrübə qrafiki sərbəstdir (həftə ərzində 10 saatdan az olmayaraq)

Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində Hüquq departamentinə Təcrübəçisözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 31 Mart 2017-cı il tarixinədək müvafiq AzərKredit filiallarına təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər