9 C
Baku
Thursday, December 12, 2024

Kredit təşkilatı “TCF BOKT” ASC nizamnamə kapitalını ‘yeməkdədir’

“TCF Bank Olmayan Kredit Təşkilatı” ASC 2019-cu il ərzində müştərilərə verdiyi kreditlər üzrə faiz gəliri 13 dəfə azalaraq 25 min manat təşkil edib.

Banker.az xəbər verir ki, bununla bağlı “TCF BOKT” un maliyyə hesabatında qeyd edilib. Əlavə olaraq bildirək ki, bu audit hesabatı deyil.

BOKT faiz gəlirlərinin azalması ilə paralel olaraq faiz xərcləri də azalmaqla cəmi 5 min manat təşkil edib. Halbuki, öncəki ilin əvvəli bu rəqəm 225 min manat idi.

Nəticədə “TCF” ötən il ərzində gəlirləri qeyri-faiz (işçi, icarə, inzibati və s.) xərcləri qarşılaya bilməmiş, 132 min manatlıq zərər etmişdir.

Bu zərədən sonra “TCF”in balansındakı illərin yığılmış zərəri 375 min manatdan çox təşkil edib. Sahibi Tahir Rəhimovun əlavə 150 min manat nizamnamə kapitalına vəsait yatırmaqla 450 min manata çtdırsa da, cəmi kapitalı 75 min manatda qalmaqdadır.

Qeyd edək ki, 2019-cu ilin sonuna BOKT-un cəmi aktivləri 729 min manat (bunun 708 min manatı kredit portfeli) və 654 min manat öhdəliyi olmuşdur.

TCF

Son xəbərlər
Digər xəbərlər