Kredit təşkilatının rəhbərliyinə təyinatlar olub

Banker.az xəbər verir ki, “Azmikroinvest BOKT” MMC-də rəhbərlik dəyişib.

Mehman Mirzağa oğlu İsayev “Azmikroinvest BOKT”nin direktoru, Fərqanə Famil qızı Cabbarlı isə baş mühasib vəzifəsinə təyin edilib.

Belə ki, əvvəl şirkətə Namiq Natiq oğlu Vəliyev rəhbərlik edib, Mehman Mirzağa oğlu İsayev baş mühasib, Fərqanə Famil qızı Cabbarlı isə daxili auditor olub.

Xatırladaq ki, “Azmikroinvest” BOKT 2014-cü ildə təsis edilib, Azərbaycan Mərkəzi Bankının BKT-23 saylı lisenziyası əsasında fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 1,98 milyon manat olub, vahid səhmdar kimi Aysel Quliyeva Qüdrət qızı 100 faizlik paya sahibdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər