10 C
Baku
Friday, December 13, 2024

Kredit təşkilatlarına yerləşdirilmiş əmanət və depozitlərin 51%-i xarici valyutadadır

2021-ci ilin sentyabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 25 milyard 705 milyon manat təşkil edib.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 3 milyard 210 milyon manat artıb.

Cari ilin sentyabr ayında cəmi depozit və əmanətlərin 8 milyard 838 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 792 milyon manatı maliyyə təşkilatlarına, 15 milyard 75 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1 milyard 4 milyon manat artıb, maliyyə təşkilatlarına məxsus depozitlər 227 milyon manat azalıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 2 milyard 433 milyon manat artıb.

Sentyabr ayında cəmi depozit və əmanətlərin 13 milyard 194 milyon manatı və ya 51.3%-i xarici valyuta ilə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər