19 C
Baku
Tuesday, April 16, 2024

Banklarda yerləşdirilmiş əmanət və depozitlərin 62%-i xarici valyutadadır

2020-ci ilin aprel ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 23 milyard 381 milyon manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2019-cu ilin müvafiq dövrüylə müqayisədə cari ildə kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 249 milyon manat artıb. Aylıq müqayisədə isə yerləşdirilmiş depozit və əmanətlərin məbləği 704 milyon manat azalıb. Depozit və əmanətlərdə azalma aprel ayında lisenziyası ləğv edilmiş banklarla əlaqədardır.

Bu ilin aprel ayında cəmi depozit və əmanətlərin 7 milyard 758 milyon manatı ev təsərrüfatlarına, 2 milyard 378 milyon manatı maliyyə təşkilatlarına, 13 milyard 245 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub. Belə ki, illik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 957 milyon manat azalıb, maliyyə təşkilatlarına məxsus depozitlər 760 milyon manat, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 1,446 milyon manat artıb.

Aprel ayında cəmi depozit və əmanətlərin 14 milyard 428 milyon manatı və ya 62%-i xarici valyuta ilə yerləşdirilib.

Ev təsərrüfatlarına məxsus 7 milyard 758 milyon manat əmanətin 4 milyard 277 milyon manatı, qeyri-maliyyə təşkilatlarının 13 milyard 245 milyon manat depozitinin 8 milyard 570 milyon manatı, maliyyə təşkilatlarının 2 milyard 378 milyon manat depozitinin isə 1 milyard 581 milyon manatı xarici valyuta ilə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər