15 C
Baku
Saturday, April 20, 2024

Kredit və onun formları

 Kredit-suda kapitalının, yəni borca verilmiş pul kapitalının hərəkət formasını təcəssüm etdirir. Daha dəqiq desəm, kredit-qaytarılmaqlıq və % ödəmək şərtləri əsasında borca verilmiş pul kapitalının hərəkətidir. Kredit pul kapitalının borc kapitalına çevirilməsini təmin edir və borc alanla, borc verən arasında münasibətləri ifadə edir. Kredit dövranın, özəl bölmənin, müəssisələrin sərbəst pul vəsaitlərini cəmləşdirir və müəyyən haqq müqabilində müvəqqəti istifadəyə verilir.

Kreditin formaları

Kreditin təsnifatı bir neçə mühüm əlamətə görə aparılır. Bu əlamətlərə borc alanın və borc verənin kateqoriyaları, kreditin verilməsi forması aid ola bilər. Kreditin aşağıdakı formaları var:

1. Bank krediti – bu ən geniş yayılmış formadır. Müvafiq əməliyyatları aparmaq üçün xüsusi lisenziyası olan, yalnız ixtisaslaşdırılmış təşkilatlar verə bilər. Borc alan rolunda yalnız hüquqi şəxslər çıxış edə bilər. Kreditin bu formasından gəlir, orta % dərəcə normaları və kreditin şərtləri əsasında tərəflər arasında bağlanmış müqavilədə göstərilən % şəklində əldə olunur.

2. Dövlət krediti – müxtəlif səviyyəli icra hakimiyyəti orqanları şəxsində dövlətin iştirakı kreditin bu formasının əks əlamətidir. Kreditor funksinaı icra etməklə, dövlət arasındakı istiqamətləri kreditləşdirir:

– büdcədən maliyyələşmə imkanları tükənmişsə və konyuktur xarakterli faktorların mövcudluğu, kommersiya banklarının kreditinin cəlb olunmasına imkan vermirsə, maliyyə resurslarının xüsusi ehtiyac sahələrinin kreditləşdirilməsi;
– banklararası kreditlər bazarında kreditlərin auksion və ya birbaşa satışı prosesində maliyyə resurslarına xüsusi ehtiyac duyan kommersiya banklarının kreditləşdirilməsi forması-bu formanın digər formalardan fərqləndirici cəhəti borc alan rolunda dövlətin özünün iştirakıdır.

3. İstehlak krediti – kreditin bu formasını ixtisaslaşdırılmış kredit təşkilatları ilə yanaşı, əmtəələrin satışı ilə məşğul olan hər hansı bir hüquqi şəxs də verə bilər. Bu kredit bahalı müalicə aparılarkən, təhsil haqqı ödənilərkən və s. kimi hallarda bank sudası kimi pul şəklində və ödəniş müddəti uzadılmaqla isə əmtəə şəklində fiziki şəxslərə verilə bilər.

4. Kommersiya krediti – onun başlıca məqsədi məhsul satışı prosesini sürətləndirmək və əlavə mənfəət əldə etməkdir. Onun icra vasitəsi borc alanın borc verən qarşısındakı öhdəliyi əks etdirən vekseldir.
Vekselin 2 növü var:

– borc alan tərəfindən müəyyən olunmuş məbləğin borc verənə ödəmək barədə öhdəliyi əks etdirən sadə veksel;
– borc alan tərəfindən müəyyən məbləğin 3-cü şəxsə ödəmək barədə borc verənə yazılı əmrini əks etdirən köçürmə vekseli (tratta);

Kommersiya kreditinin 3 növü var:

I. Müəyyən olunmuş məbləği müəyyən olunmuş müddətdə qaytarımasını əks etdirən kredit
II. Borc alanın girov qoyduğu malların yalnız faktiki satışından sonra qaytarılan kredit
III. Açıq hesab üzrə kreditləşmə-bu halda malların növbəti dəstinin göndərilməsi əvvəlki təxhizat üzrə olan borcların ödənilməsi anına kimi həyata keçirilir.

5. Beynəlxalq kredit – ona beynəlxalq səviyyədə fəaliyyət göstərən kredit münasibətlərinin məcmusu kimi baxılır. Bu münasibətlərin iştirakçıları Beynəlxalq Maliyyə-Kredit İnstitutları, müvafiq ölkələrin hökumətləri və hüquqi şəxslər hesab olunur. Beynəlxalq kredit bir neçə baza əlamətinə görə fərqləndirilir:

– xarici ticarət sistemindəki yerinə görə – idxalın və ixracın kreditləşdirilməsi;
– xarakterinə görə – dövlətlərarası və özəl;

Xüsusi sığorta və dövlət zəmanəti ilə iqtisadi və hüquqi cəhətdən əlavə mühafizə olunmaq kreditin bu formasını digərlərindən fərqləndirir. Kommersiya bankları öz müştərilərinə bir neçə növdə kredit verir. Bu kreditlər bir sıra əlamətlərə görə fərqlənir:

a) borc alanların qruplarına görə – əhaliyə, təsərrüfat subyektlərinə və dövlət-hakimiyyət orqanlarına;
b) təyinatına görə – sənaye, tikinti, kənd təsərrüfatı, ticarət və s.

Bütün sahələrin təsərrüfat subyektlərinə 2 növdə kredit verilir:

1. əsas fondların geniş təkrar istehsalında istifadə olunan kreditlər.
2. dövriyyə vəsaitlərinin tərkibində istifadə olunan kreditlər.

Müddətinə görə kreditlər aşağıdakı növlərə ayrılır:

1. Tələb olunanadək kreditlər
2. Müddətli kreditlər – bu kredit növü də aşağıdakı növlərə bölünür:

– qısa müddətli (1 il);
– orta müddətli (1 ildən 3 ilədək);
– uzunmüddətli (3 ildən yuxarı).

Ödəmə qaydalarına görə isə kreditin formaları:

– birdəfəlik kredit;
– hissə-hissə ödənilən kredit;

Bazar iqtisadiyyatı şəraitində kreditin bir sahədən digər bir sahəyə axını baş verir. O, şəxsi kapitalın məhdudlaşdırılmasının qarşısını alır. Kredit, həmçinin mövcud müəssisələrin fondlarının təkrar dövrüyyəsinin fasiləsizliyini təmin edir. Bazar meylləri nəzərə alınmaqla kredit elə sferalara can atır ki, orada maksimum mənfəət əldə etmək imkanını təmin etmiş olsun. Kredit pul kütləsinin həcminə, strukturuna, pulun tədavül sürətinə, tədiyyə dövriyyəsinə fəal təsir etmək imkanına malikdir. Kredit məhsuldar qüvvələrin inkişafını stimullaşdırırı və təkrar istehsalın həcmini genişləndirmək üçün (Elmi-Texniki tərəqqinin nailiyyətləri əsasında) onun maliyyələşdirilməsi mənbələrinin formalaşmasına kömək edir. Borc alanların borc kapitalı bazarına yol açması nizamlayaraq hökumət zəmanətləri və güzəştləri verərək dövlət bankları elə müəssisə və təşkilatlara kreditlər verir ki, onlar sosial inkişafa dair ümummilli proqramların vəzifələrinə uyğun həyata keçirilir. Kreditə arxalanmadan fermer təsərrüfatının inkişafını, kiçik və orta biznesi sürətlə və müasir dövrə uyğun inkişaf etdirmək, həm daxili, həm beynəlxalq səviyyədə yeni təsərrüfat formalarını yaratmaq və inkişaf etdirmək mümkün deyil.

Bir iqtisadi kateqoriya kimi kreditin özünəməxsus funksiya və prinsipləri var. Kreditin funksiyaları:

1. Yenidənbölgü funksiyası – bazar iqtisadiyyatı şəraitində borc kapitalı bazarı təsərrüfat fəaliyyətinin bir sahəsində müvəqqəti istifadəsiz qalan vəsaitləri daha yüksək mənfəət verə biləcək sferalara yönəldən özünəməxsus bir alət kimi çıxış edir. Müctəlif səviyyələrdə və sahələrdə mənfəətin yüksək səviyyəsinə istiqamətlənərək və dinamik inkişaf edən obyektlərin əlavə pul resurslarına oaln ehtiyacını təmin edərək kredit iqtisadiyyatın makro tənzimləyicisi rolunda çıxış edir.

2. Tədavül xərclərinə qənaət – bu funksiyanın praktiki olaraq reallaşması, bilavasitə kreditin iqtisadi mahiyyətindən irəli gəlir və onun mənbəyi kimi sərbəstləşən maliyyə resursları çıxış edir. Təsərrüfat subyektlərinin pul gəlirlərinin daxil olması ilə xərclənməsi arasındakı zaman fərqi nəinki bu resursların artıqlığını, həm də onun çatışmazlığını müəyyən edə bilir. Buna görə də borc alanların bütün kateqoriyalar tərəfindən istifadə olunan kapitalın dövriyyəsinin sürətləndirilməsinə kömək edən, bununla da tədavül xərclərinə qənaət edilməsinə imkan yaradan borclardan istifadə olunması geniş yayılmışdır.

3. Kapitalın təmərküzləşməsinin sürətləndirilməsi – kapitalın təmərküzləşdirilməsi sosial-iqtisadi inkişafın sabitliyinin zəruri şərti və hər bir təsərrüfat subyektlərinin isə başlıca məqsədidir. Bu məsələnin həllində borc alınmış vəsaitlər təkrar istehsalı genişləndirmək və bununla da əlavə mənfəət kütləsini əldə etməyə imkan verir. Əldə olunan mənfəətin bir hissəsi borc verənlərlə hesablaşmalara yönəldilməsi zərurəti nəzərə alınarsa, belə müəssisələrin xüsusi vəsaitlərindən istifadə olunması ilə müqayisədə kreditdən istifadə olunması özünü daha çox doğruldur.

4. Əmtəə dövriyyəsinə xidmət – kredit nəğd pul kütləsinin bir hissəsini dövriyyədən sıxışdırıb çıxartmaqla, təkcə əmtəə tədavülünün deyil, pul tədavülünün də sürətlənməsinə təsir edir.
Vekselləri, çekləri, krdit kartları tədavülə daxil etməklə, nəğd əməliyyatlar, nəğdsiz əməliyyatlarla əvəz olunur ki, bu da həm daxili, həm də beynəlxalq səviyyədə iqtisadi münasibətlər müxanizmini sadələşdirir və sürətləndirir. Bu məsələnin həllində kommersiya krediti daha fəal rol oyanyır.
5. Elmi Texniki Tərəqqinin sürətləndirilməsi- – hazırda müasir dövrdə ETT hər bir dövlətin və müəssisənin iqtisadi inkişafında müəyyənedici amilə çevirilmişdir. Əksər elmi mərkəzlərin fəaliyyəti EET-nin nailiyyətlərindən istifadə etmədən təsəvvür etmək mümkün deyil. Yeni texnika və texnologiyanın istehsalata tətbiqi kimi innovasiya proseslərinin həyata keçirilməsi inkidi dövrdə aktual xarakter daşıyır.

Kreditin psinsiplərinə nəzər yetirək:

1. Kreditin qaytarılması prinsipi- bu prinsip krediti digər iqtisadi kateqoriyalardan fərqləndirir. Qaytarılmadan kredit ola bilməz, bu onun ayrılmaz cəhətidir. Bu o deməkdir ki, borc alan müvəqqəti istifadəyə götürdüyü vəsaitləri istifadə etdikdən sonra vaxtında kreditora qaytarır.

2. Kreditin müddətliliyi- onu qaytarmağın zəruriliyini göstərir. Bu o deməkdir ki, kredit istənilən vaxt deyil, müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarılmalıdır. Bu prinsipin pozulması kreditora kifayət qədər əsas verir ki, borc alana qarşı % dərəcələrini artrmaq yolu ilə borc alana maliyyə sanksiyası tətbiq etsin, növbəti gecikdirmə zamanı isə məhkəmə qaydasında maliyyə tələbləri irəli sürsün. Kredit vaxtında qaytarılmadıqda onun əsl mahiyyəti itir, nəticədə bu məsələ pul tədavülünün vəziyyətinə pis təsir göstərir.

3. Kreditləşmədə fərdilik(differensiallıq)- bu o deməkdir ki, kredit verilməsi məsələsində banklar potensial müştərilərə birmənalı yanaşmalı deyillər. Onlar ilk nöğvbədə elə təsərrüfat subyektlərinə, elə şəxslərə kreditlər verirlər ki, onlar bu krediti vaxtında və qaytarmaq iqtidarında olsunlar(krediti qaytara bilsinlər). Bunun üçün banklar müştərinin balansını təhlil edir, rentabellik səviyyəsini, təsərrrüfatdaxili imkanlarını və digər göstəriciləri tədqiq edir.

4. Kreditin təminatlılığı- borc alan tərəfindən üzərinə götürdüyü öhdəlikləri pozulduğu halda, bu kreditorun mülki mənafelərinin qorunmasını təmin edir. Yəni bu prinsip kreditin təminatla, zəmanətlə verilməsini əks etdirir. Bu məsələnin həllində bir sıra müqavilələr bağlanılır (misal üçün girov qoymaq və s.).

5. Kreditin ödəncli olması prinsipi- borc alan kreditordan aldığı borca görə ona müəyyən haqq ödəyir. Kreditdən istifadə nəticəsində əldə olunan mənfəət borc alanla kreditor arasında bölüşdürülür. Təcrübədə bu bölgü bank %-i şəklində özünü göstərir.

Son xəbərlər
Digər xəbərlər