23 C
Baku
Friday, April 19, 2024

Kreditdə girov üçün bağlanılan müqavilələrinin rüsumları 25% artırılır

Azərbaycanda kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə rüsumlar da artırılır.

Banker.az xəbər verir ki, bu “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Dəyəri 2 000 manatdan 5 000 manat qədər olan kredit müqavilələrinin təminatı kimi girov müqaviləsinin bağlanılmasına görə dövlət rüsumu, qanunla müəyyən edilən bütün növbəli vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu və icra qeydlərinin aparılması üçün dövlət rüsumu da 20 manatdan 25 manata qaldırılır.

Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə rüsumlar belədir:

  • dəyəri 2000 manatadək – 5 manat
  • dəyəri 2000 manatdan 5000 manatadək – 20 manat
  • dəyəri 5000 manatdan çox olduqda – 30 manat

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

  • Bakı şəhərində – 110 manat
  • igər şəhər və rayonlarda – 44 manat
Son xəbərlər
Digər xəbərlər