-1 C
Baku
Sunday, December 15, 2024

Krediti olan və bankdan pul götürmək istəyənlər üçün YENİ QAYDALAR

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi kredit borclarının qaytarılması ilə bağlı yeni qaydalar qəbul edib. Qaydalara əsasən, bundan sonra kredit borcu olan ölərsə, ödənilməmiş məbləğ və faiz onun vərəsəsi, eyni zamanda ona zamin olmuş şəxs tərəfindən ödəniləcək.

Konstitusiya Məhkəməsinin kredit borcları barədə qəbul etdiyi yeni qaydalar bankların mənafeyini qoruyur.

Bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni qaydalar bu vaxta qədər götürülmüş bütün kreditlərə də şamil edilir.

“Yeni qaydalar indiyə qədər götürülmüş bütün kreditlərə aiddir. Bu qaydaların tətbiq olunması bankların mənafeyi qorunur. Banklar düşünürlər ki, borc götürmüş şəxs ölsə belə, həmin pulları qaytara bilsinlər”, – deyə V.Bayramov bildirib.

Ekspert yeni qaydaları belə şərh edib:

“Ölən şəxsin vərəsələri varsa, ödənilməmiş borcun ödənilməsinə məsuldurlar. Əgər vərəsələrin sayı çoxdursa, onda kredit onlar arasında bölünür. Mirasa sahib olan vərəsələr borcun qaytarılmasında məsuliyyət daşıyırlar. Bundan başqa, kredit götürən şəxs dünyasını dəyişirsə, o zaman ona zamin olan şəxs borcun qaytarılmasında məsuliyyət daşıyır. Bu zaman zaminlik qüvvədən düşmür.

Məsələn, vətəndaş 10 min manat kredit götürüb. Onun yarısını ödəyib, yerdə 5 min manat qalıb. Bu zaman kredit müqaviləsinə məsul şəxs zamin olur. Yeni qaydalara əsasən, onun borcuna zamin olmuş şəxs qaytarmaq məcburiyyətindədir.

Zamin olan şəxs ölənin öhdəliyini ödəməyə məcburdur. Yeni qaydalara görə, əgər kredit götürən şəxs ölübsə, onun vərəsəsi yoxdursa, bu zaman ona zamin olan şəxs borcu mütləq ödəməlidir. Yeni qaydalara görə, vərəsələr və zamin olmuş şəxs götürülən krediti və onun faizlərini qaytarmağa məcburdur”.

V.Bayramov deyir ki, əgər vərəsə və zamin həmin borcun ödənilməsindən imtina edirsə, o halda qanunvericilik imkan verir ki, onlara qarşı qaydalar çərçivəsində tədbirlər görülsün.

Ekspertin sözlərinə görə, vərəsələr və zamin təkcə bir halda ölən şəxsin kreditini ödəməkdən azad edilir:

“Əgər kredit götürən şəxsin həyat sığortası varsa və bu sığortada həmin şəxsin ölümündən sonra onun borcunun, kreditinin ödənilməsi nəzərdə tutulursa, bu halda vəziyyət baş cür olur. Kredit götürən şəxs dünyasını dəyişirsə, bu zaman sığorta şəxsin həmin krediti geri qaytarmağa borcludur. Bu halda vərəsələrdən və zamindən krediti qaytarmağı tələb etmirlər”

Son xəbərlər
Digər xəbərlər