10 C
Baku
Wednesday, December 11, 2024

Krediti vaxtından öncə necə ödəmək olar

Banklar müştərilərə kredit verərək mənfəət əldə edirlər. Təbii ki, kreditin vaxtından tez ödənilməsi kredit verənin gəlirlərini azaldır. Buna görə maliyyə müəssisələri vaxtından tez kreditin ödənilməsinin qarşısını almağa çalışırlar. 

Qanunvericiliyə əsasən, bankların kredit götürənlərə kreditin vaxtından tez ödənilməsinə görə əlavə komissiyalar və cərimələr tətbiq etməyə haqqları yoxdur. Qanuna əsasən, əgər kredit götürən krediti vaxtından tez bağlamaq istəyirsə, kreditin ödəniş qrafikini dəyişə bilər.

Lakin o, öz planları haqqında banka 30 gün öncədən xəbər verməlidir.

Hal- hazırda kreditin vaxtında öncə ödənilməsinin 2 variantı var:

• Bütün məbləğin tamamilə ödənilməsi;
• İcbari ödənişlərin ölçüsünü artırmaqla qismən ödəmə.

Bəzi banklarda kredit müqavilələrində kreditin vaxtında öncə ödənilməsinin şərtləri əks olunur. Hər halda kredit verən müştərinin krediti vaxtından öncə bağlamaq istəyinə qarşı çıxmamalı və buna mane olmamalıdır.

Əgər siz belə bir qərar almısınızsa, müəyyən tədbirlər almalı olacaqsınız. İlk növbədə, maliyyə müəssisəsini öz planlarınız haqqında xəbərdar edin. Krediti bağlayacağınız tarixi özünüz üçün müəyyənləşdirin. Daha sonra isə bank şöbəsinə öz qərarınız haqqında xəbər verə bilərsiniz.

Ən əsas şərtlədən biri sizin ödəyəcəyiniz məbləği dəqiqləşdirmənizdən ibarətdir. Hətta cuzi məbləğdə olan qalıq belə sizə krediti tamamilə bağlamağa imkan verməyəcək. Əgər siz öz addımlarınızı bank ilə müəyyənləşdirməmisinizsə, ödədiyiniz məbləğ avans ödənişi kimi qəbul edilə bilər. Bu halda pullar kredit hesabınıza kreditin ödənilməsi kimi yatırılmayacaqlar.

Əgər siz hər şeyi düz etmisinizsə, müəyyən etdiyiniz bir gündə müəyyən məbləğdə pul vəsaitlərini yatıra bilərsiniz. Daha sonra isə ödənişin düzgün aparıldığına və sizin kredit verənə borcunuzun qalmadığına əmin olmaq lazımdır. Mütləq olaraq özünüzdə ödəniş edilməsi haqqında qəbzi saxlayın.

Bundan sonra kredit menecerindən kreditin ödənilməsi haqqında ərizə tərtib etməsini və onu çap etməsini xahiş edin. Yadda saxlayın ki, bütün sənədlərdə məsul şəxslərin imzaları və bankın möhürü olmalıdır.

Son xəbərlər
Digər xəbərlər